Qarabağdakı Rusiya sülhməramlılarına general Muradov rəhbərlik edir

 Qarabağdakı Rusiya sülhməramlılarına general Muradov rəhbərlik edir
  11 Noyabr 2020    Oxunub:3428
Ermənistanın müdafiə naziri David Tonoyan Qarabağ münaqişəsi zonasında atəşkəsə nəzarət edəcək Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.
Azvision.az erməni KİV-ə istinadən xəbər verir ki, görüşdə Tonoyan sülhməramlı qrupun sürətli şəkildə təşkil olunmasına görə təşəkkürünü bildirib. O, missiyasının həyata keçirilməsinə kömək etməyə hazır olduğunu vurğulayıb.

Görüş zamanı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.

Qeyd edək ki, general Rüstəm Usmanoviç Muradov 1973-cü ildə Dağıstanın Dərbənd rayonunda, Çinar kəndində anadan olub. Milliyyətcə tabasaran (bəzi mənbələrə görə azərbaycanlı) mənşəlidir. 2018-ci ildən Rusiyanın Cənub Hərbi dairəsinin komandan müavinidir. Rusiyanın Milli Qəhrəmanıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti