“Müharibəni itirən ordu deyil, dövlət oldu” - Ohanyan

 “Müharibəni itirən ordu deyil, dövlət oldu” -  Ohanyan
  11 Noyabr 2020    Oxunub:2989
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Qarabağda atəşkəs qərarının düzgün olduğunu deyib.
Azvision.az erməni KİV-ə istinadla xəbər verir ki, Ohanyan Ermənistan və Qarabağ ətrafında kifayət qədər mürəkkəb hərbi-siyasi vəziyyətin yarandığını və silahlı qüvvələrin rəhbərliyinin təklifi ilə həmin an müharibəni dayandırmağın düzgün qərar olduğunu vurğulayıb.

"Ancaq müharibəni itirən ordu deyil, dövlət oldu".

Keçmiş nazir əlavə edib ki, Qarabağla bağlı üçtərəfli bəyanat xoşagəlməz bir sənəddir. Məsuliyyəti Ermənistanın hazırkı rəhbərliyi daşımalıdır.

Ohanyan, həmçinin bildirib ki, hər vəziyyətdə dövlət idarəetmə sisteminin koordinasiyalı işi çətin vəziyyətdən çıxmağın yeganə yoludur.

Bundan əlavə, 17 partiyanın təşkil etdiyi etiraz aksiyasına münasibət bildirən Ohanyan, "xalq izahat tələb edir və mövcud hakimiyyət bunları verməlidir", deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  



Xəbər lenti