Yuta ştatında Azərbaycana aid lövhələr quraşdırıldı

Yuta ştatında Azərbaycana aid lövhələr quraşdırıldı
  12 Noyabr 2020    Oxunub:1277
ABŞ-ın Yuta ştatının Solt-Leyk şəhərinin mərkəzi yollarında “Karabakh is Azerbaijan” şüarı yazılan lövhələr quraşdırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, lövhələrin quraşdırılmasının təşəbbüskarı Yuta ştatında Azərbaycan icmasının təmsilçisi Faiq Səfərlidir.

Soydaşımız bildirib ki, lövhələrdən biri Pasefik Prospekti 80 ünvanında, digər isə Solt-Leyk şəhər Polis İdarəsinin binasının yanında quraşdırılıb. O, bu ənənənin ABŞ-ın digər ştatlarında da davam etdiriləcəyini bildirib.

Azvision.az


Teqlər: ABŞ   Qarabağ  





Xəbər lenti