Sülhməramlıların olduğu daha 8 təyyarə İrəvana göndərildi

 Sülhməramlıların olduğu daha 8 təyyarə İrəvana göndərildi
  12 Noyabr 2020    Oxunub:2325
Bu gün Rusiyadan İrəvana sülhməramlı hərbçiləri daşıyan daha 8 təyyarə yola düşüb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, İrəvana “İl-76” və “Antonov-12” tipli təyyarələrlə 120-dən artıq hərbçi ilə yanaşı, zirehli daşıyıcılar, yük avtomobilləri və maddi texniki təchizat ləvazimatları göndərilib.

“Sülhməramlı vəzifələri yerinə yetirmək, mümkün insidentlərin qarşısını almaq, Rusiya hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə birbaşa kanallarla mütəmadi əlaqələr təşkil olunub”, - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti