Arayik yüzlərlə erməni əsgərin meyitini gizlədir

Arayik yüzlərlə erməni əsgərin meyitini gizlədir
  12 Noyabr 2020    Oxunub:11359
Ermənistanda siyasi böhran dərinləşməkdə davam edir. Müharibəni uduzan işğalçı ölkənin hazırkı rəhbərliyi və onların himayə etdiyi keçmiş separatçı rejim cəmiyyət tərəfindən ağır tənqidlərlə üz-üzə qalıb.
Etirazlara qoşulan tanınmış erməni ictimai xadim Vahaqn Varaqyan Qarabağ separatçılarının lideri Arayik Arutyunyanı ölən əsgərlərin siyahısını gizlətməkdə ittiham edib.

Azvision.az -ın məlumatına görə, Ermənistan mətbuatı onun Arayiklə bağlı dəhşət saçan müraciətini dərc edib. Müraciətdə deyilir:

“Arutyunyanın hər kəsi və erməni xalqını təslimçilikdə günahlandıran, hər cür məsuliyyəti onun üzərinə atan "atəşli" nitqini dinlədim. Arayik bu nitqində belə bir fikir dedi: "Hər gün yüzlərlə qurban və yaralı verirdik". Müharibə 44 gün davam etdi. Hər gün 100 qurban verirdiksə, məlum olur ki, qurban sayı 4400 olmalıdır. Bu arada, yalnız 1300 nəfərin adı rəsmi olaraq yayımlandı. İnsanlar dəli kimi övladlarını axtarırlar. Onların diri və ya ölü, əsir, ya da itkin olduqlarını bilmirlər. Valideynlər uşağın öldüyünü bilirlər, ancaq cənazəni ən azı hərbi qaydada, şərəflə dəfn etmək üçün vermirsiniz. Arayik, öldürülən əsgərlərin siyahısını şəxsən gizlədirsən. Artıq müharibə bitdi, döyüş əməliyyatları da dayandı. Hələ də valideynlərə övladlarının aqibəti haqqında heç nə bildirmirsiniz. Bilirsən niyə? Çünki ölümə belə hörmət etmirsiniz. Əvvəldən bu uşaqların həyatının sizin üçün heç bir dəyəri yox idi. Bütün bunlardan sonra hələ də əl yelləyirsən?”

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Ermənistan  





Xəbər lenti