Ermənistan parlamentinin keçmiş vitse-spikeri həbs edildi

 Ermənistan parlamentinin keçmiş vitse-spikeri həbs edildi
  12 Noyabr 2020    Oxunub:2333
Ermənistan parlamentinin keçmiş vitse-spikeri, Respublika partiyasının funksioneri Eduard Şarmazanov həbs olunub.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə onun köməkçisi Qeqam Petrosyan bildirib.

Petrosyanın sözlərinə görə, sabiq vitse-spiker Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən qanunsuz toplantının təşkil olunması ittihamı ilə həbs edilib.

Şarmazanov ilkin olaraq 72 saat həbsdə qalacaq.

Qeyd edək ki, bu gün Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilib. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəalları saxlanılıb. Saxlanılanlar arasında “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan, Respublikaçılar partiyasının nümayəndələri Eduard Şarmazanov, sabiq deputat Vaqram Bağdasaryan, Vardan Ayvazyan, Qeqam Petrosyan, Ayk Mamidjanyan, Karine Açemyan, Vətən partiyasının nümayəndələri Arsen Babayan, Vardan Voskanyan və digərləri də var.

Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti