“Bizim ordu 20-ci, Azərbaycanınkı isə 21-ci əsrin ordusudur”- Erməni tərəfi

 “Bizim ordu 20-ci, Azərbaycanınkı isə 21-ci əsrin ordusudur”-  Erməni tərəfi
  12 Noyabr 2020    Oxunub:3825
“Əslində hər şeyi adı ilə çağırsaq, Qarabağı itiririk. Bu müharibəyə hazır deyildik”.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər nazirinin müavini Arman Navasardyan deyib. O qeyd edib ki, artıq müharibə bitdi, qüvvələr isə bu mübarizədə qeyri-bərabər idi: "Bizim ordumuz 20-ci, rəqibinki isə 21-ci əsrin ordusudur. Bundan əlavə, 8 dövlətə qarşı mübarizə aparırdıq”.

Paşinyan kimi “8 dövlət nağılı”nı uyduran keçmiş diplomat uğursuzluğun yalnız hərbi məsələ olmadığını qeyd edib. O deyib ki, hazırda ermənilərin nəzarətində qalmış ərazilərin statusu yoxdur. Arman Navasardyan həmin ərazilərdən qaçan Qarabağ ermənilərinin geri qayıtmasını real görmür.

“Bu iki gün ərzində sənəddə statusla bağlı qeydin olub-olmaması haqda heç nə deyilmədi. Başqa sözlə, sadəcə əraziləri verdik və deyilənlərə görə, qaçqınlar geri dönəcəklər. Hansı qayıtmaqdan söhbət gedir, hara qayıtmalıdırlar?”.

Arman Navasardyana görə, məlum 7 ərazi əvvəldən Ermənistan diplomatiyasının ən zəif nöqtəsi olub. Onun fikrincə, Ermənistan müttəfiqlərin diqqətini müharibə zamanı Ermənistan və "Artsax"ın (Qarabağ-red.) üzərindəki bütün “təhlükələr”ə cəlb edə bilmədi.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Ordu   Qarabağ  



Xəbər lenti