Ermənistan MTX-nin keçmiş rəhbəri həbs edildi

 Ermənistan MTX-nin keçmiş rəhbəri həbs edildi
  12 Noyabr 2020    Oxunub:1746
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Vətən partiyasının lideri Artur Vanetsyan saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə partiyanın nümayəndəsi Vardan Voskanyan bildirib.

Vanetsyan bir vaxtlar rəhbərlik etdiyi strukturun əməkdaşları tərəfindən tutulub. O, polisin qanuni tələblərinə tabe olmamaq, qəsdən qanunu pozaraq kütləvi yığıncaq təşkil etmək və keçirmək, həmçinin hərbi vəziyyət rejimini pozmaqda şübhəli bilinir.

Ötən gün axşam MTX-nin keçmiş direktoru hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Bundan sonra onun həbs olunmasına qərar verilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArturVanetsyan  





Xəbər lenti