Çavuşoğlu: “Fransa bitərəf ola bilmədi”

 Çavuşoğlu:  “Fransa bitərəf ola bilmədi”
  12 Noyabr 2020    Oxunub:2117
Fransa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birtərəfli açıqlamalar verməkdə davam edir. Bu isə onların ötən müddətdə problemi niyə həll etmədiyini göstərir.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri bildirib ki, Fransa obyektiv davranmadı: "Atəşkəsdən sonra da birtərəfli mövqeyini nümayiş etdirdi. Fransa ancaq Ermənistanı dəstəkləyir, Türkiyəni günahlandırır. Əgər bu cür mövqelər davam edərsə, belə ölkələr buradan uzaqlaşdırla bilər”.

Çavuşoğlu əlavə edib ki, həmişə atəşkəsi pozan, hücuma başlayan tərəf Ermənistan olub: “Ermənistan atəşkəsi yenə pozarsa, cavabını alacaq”.

XİN rəhbəri Türkiyənin bundan sonra da Azərbaycanın addımlarını dəstəkləyəcəyini bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MövludÇavuşoğlu  





Xəbər lenti