“Bütün torpaqlar Azərbaycana qaytarılacaq” - Çavuşoğlu

 “Bütün torpaqlar Azərbaycana qaytarılacaq” -  Çavuşoğlu
  12 Noyabr 2020    Oxunub:3608
İşğal edilmiş torpaqların hamısının Azərbaycana təhvil verilməsi ilə münaqişə həlini tapa bilər.

Azvision.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirdiyi brifinqdə deyib. Çavuşoğlu bildirib ki, işğal olunmuş torpaqlardan çəkilmə ilə bağlı təqvim müəyyən edilib:
“Digər detallar üzrə Azərbaycan rəsmiləri daha ətraflı məlumat verə bilər. Ancaq anlaşmanın son məqsədi bütün işğal olunmuş torpaqların azad olunmasıdır. İndiyə qədər Azərbaycan Ordusu qəhrəmanlıqla döyüşdə uğur qazandı, bundan sonra isə söz diplomatiyanındır”.

Azvision.az



Teqlər: MövludÇavuşoğlu  



Xəbər lenti