Erməni general Arutyunyanı döydü

Erməni general Arutyunyanı döydü
  12 Noyabr 2020    Oxunub:6664
Ermənistan mətbuatı hazırda ölkədə yaşanan xaosla bağlı həyəcan təbili çalır. İrəvanın kapitulyasiyasını rəsmiləşdirən üçtərəfli sənədin imzalanmasından sonrakı hadisələr rəhbər şəxslərin həyatını risk altına atıb.
Azvision.az xəbər verir ki, bir neçə gün əvvəl Ermənistanın parlament sədri etirazçıların hücumuna məruz qalaraq, ağır xəsarətlər almışdı. Bu dəfə isə Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın döyülməsi barədə məlumat yayılıb.

"Hraparak" qəzeti Arutyunyanın general Arzumanyan tərəfindən döyüldüyünü yazıb: "Dünən səhər internetdə “Artsax” (Qarabağ-red.) rəhbəri Arayik Arutyunyanın öldüyü, bəzi qrupların ondan intiqam aldığı, “Artsax”ın təslim edilməsinə razı olduğu barədə şayiələr yayıldı. Əlbəttə ki, gün ərzində bu xəbər inkar edildi. Ancaq bizə xoşagəlməz bir hadisənin baş verməsi barədə məlumat daxil olub. Belə ki, məlum sənədin imzalanmasından sonra, “Artsax”ın hərbi-siyasi rəhbərliyi toplandıqda, “Müdafiə Ordusu”nun komandiri Mikael Arzumanyan hislərini cilovlaya bilməyib. O, Arayik Arutyunyanı vurub”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Arutyunyan  





Xəbər lenti