Ermənistan və Qarabağa uçuşlar dayandırıldı

Ermənistan və Qarabağa uçuşlar dayandırıldı
  12 Noyabr 2020    Oxunub:1416
Ermənistanın hava hücumundan müdafiə qüvvələri Rusiya Aerokosmik qüvvələri ilə birlikdə Ermənistanın və Dağlıq Qarabağın hava məkanını uçuşa qadağa zonası elan edərək bağlayıb.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.

"Türkiyənin "Bayraktar" pilotsuz təyyarəsinin İrəvanın hava məkanında peyda olması ilə bağlı yayılan məlumatlar yalandır. Ermənistan hava hücumundan müdafiə qüvvələri Rusiya Aerokosmik qüvvələri ilə birlikdə Ermənistanın və Dağlıq Qarabağın hava məkanını qoruyur və bunlar uçuşa qadağan zonalardır", - deyə Stepanyan vurğulayıb.

Onun sözlərinə görə, hərbi təyyarələrin və əvvəlcədən bildirilməklə mülki aviasiya istisnadır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Ermənistan  





Xəbər lenti