Koronavirus İranda daha 457 can aldı

Koronavirus İranda daha 457 can aldı
  12 Noyabr 2020    Oxunub:1320
İranda son sutka ərzində 457 nəfər koronavirusdan ölüb.
Azvision.az
xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib. Onun sözlərinə görə, İranda indiyədək 40 121 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 11 517 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 726 585-ə yüksəlib.

Hazırda 5 614 nəfərin ağır vəziyyətdə olduğu, 541 566 nəfərin isə xəstəlikdən sağaldığı qeyd olunub.

Azvision.az



Teqlər: İran   Koronavirus  



Xəbər lenti