Sülhməramlıların xərclərini bu ölkə qarşılayacaq

 Sülhməramlıların xərclərini bu ölkə qarşılayacaq
  12 Noyabr 2020    Oxunub:2317
Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının xərclərini Rusiya hökuməti qarşılayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin imzaladığı "Dağlıq Qarabağda sülhün dəstəklənməsi ilə bağlı tədbirlər haqqında" fərmanda qeyd olunub.

Fərmana əsasən, hərbçilərin, eləcə də onların ailə üzvlərinin maddi təminatı, digər xərclər və təzminatlar Rusiya hökuməti tərəfindən təmin ediləcək.

Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda sülhün dəstəklənməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti