Türkiyədə koronavirusdan daha 88 nəfər öldü

Türkiyədə koronavirusdan daha 88 nəfər öldü
  13 Noyabr 2020    Oxunub:962
Türkiyədə son sutka ərzində 88 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, 2841 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 11 233, virusa yoluxanlar isə 404 894 nəfərə çatıb.

Türkiyədə indiyədək 346 794 pasiyent (son sutkada 2181 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti