AVRO-2020-nin bütün iştirakçıları məlum oldu

AVRO-2020-nin bütün iştirakçıları məlum oldu
  13 Noyabr 2020    Oxunub:1877
Avropa çempionatının (AVRO-2020) bütün iştirakçıları müəyyənləşib.
Azvision.az xəbər verir ki, son 4 vəsiqəyə Şimali Makedoniya, Şotlandiya, Slovakiya və Macarıstan sahib olub. Onlar müvafiq olaraq, C, D, E və F qruplarına düşüblər.

A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə

B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya

C qrupu: Niderland, Ukrayna, Avstriya, Şimali Makedoniya

D qrupu: İngiltərə, Xorvatiya, Şotlandiya, Çexiya

E qrupu: İspaniya, İsveç, Polşa, Slovakiya

F qrupu: Macarıstan, Portuqaliya, Fransa, Almaniya

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayına təxirə salınan AVRO-2020-nin matçları Bakı da daxil olmaqla qitənin 12 şəhərində keçiriləcək.

Azvision.az



Teqlər: AVRO-2020  





Xəbər lenti