COVID-19-a yoluxanların sayı 53 milyonu keçdi

 COVID-19-a yoluxanların sayı 53 milyonu keçdi
  13 Noyabr 2020    Oxunub:1303
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 53 milyon 92 min 548 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 299 min 409 nəfərdir.

İndiyədək 37 milyon 213 min 339 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Hazırda 95 min 725 pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az



Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti