Bayden Klintonu səfir təyin edə bilər

 Bayden Klintonu səfir təyin edə bilər
  13 Noyabr 2020    Oxunub:1725
ABŞ-ın keçmiş dövlət katibi, 2016-cı il prezident seçkilərində demokratların namizədi olmuş Hillari Klinton Cozef Baydenin adminstrasiyasında Vaşinqtonun BMT-dəki səfiri ola bilər.
Azvision.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.

Qeyd olunub ki, Bayden bu təyinatla BMT-dəki səfir postunun onun üçün vacibliyini nümayiş etdirəcək.

“ABŞ-ın qlobal əməkdaşlıq və dünya arenasındakı rolunun azaldığı bir vaxtda Klintonun təyinatı BMT-nin də nüfuzunu yüksəldəcək", - deyə qəzet yazıb.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Seçkilərin rəsmi nəticələri hələ elan edilməyib. İlkin nəticələrə əsasən Cozef Bayden hazırkı prezident Donald Trampa qalib gəlib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti