“Sizin hər birinizi Şuşada görmək istəyirəm”

“Sizin hər birinizi Şuşada görmək istəyirəm”
  13 Noyabr 2020    Oxunub:1753
Azərbaycan Ordusu bizim bayrağımızı Şuşada dalğalandırır. Şuşa məscidində artıq azan səslənir, namaz qılınır.
Azvision.az xəbər verir ki, bu sözləri əslən Şuşadan olan Əsra Məmmədli adlı gənc Milli Məclisin bu gün keçirilən iclasında deyib.

"Bizim ailəmiz artıq Şuşaya qayıdır. Mən sizin hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm. Çünki, Qarabağ Azərbaycandır!"

Spiker Sahibə Qafarova Ə.Məmmədliyə deyib ki, sizin çıxışınız bütün Şuşa sakinlərinin fikirlərini ifadə edir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti