Hindistan səfirliyi “COVID-19”la bağlı vebinar təşkil edib
Bu gün Ayurvedanın güclü tərəflərinə və özünəməxsus müalicə prinsiplərinə diqqət yetirməyi, Ayurvedanın potensialından istifadə edərək xəstəliklərin və əlaqədar ölüm hallarının azaldılması istiqamətində çalışmağı, Milli Səhiyyə Siyasəti və Milli Sağlamlıq proqramlarına dəstək məqsədilə Ayurvedanın imkanlarından istifadə etməyi və Ayurveda şəfa prinsiplərini cəmiyyətdə tanıtmağı hədəfləyir.
"Ayurveda Günü" şənlik və ya bayramdan daha çox peşəyə və cəmiyyətə yenidən ithaf vəsiləsidir. Veb-seminarında Hindistanın tanınmış Ayurveda şirkətlərinin nümayəndələri mövzu kimi COVID-19 üçün immunitet tədbirlərinə diqqət yönəldərək Ayurvedanın faydaları haqqında təqdimatlar edib.
Hindistanın Azərbaycandakı səfiri B.Vanlalvavna öz çıxışında Ayurvedanın heç bir əks təsiri olmayan təbii müalicə üsulu olmasını və Ayurvedanın COVİD -19 kontekstində özünə qulluq üçün səmərəliliyini vurğulayıb.
Vebinara Azərbaycanın əczaçılıq şirkətləri, yoqa mərkəzləri, yerli və Azərbaycanda fəaliyyət göstərən iş adamlarından ibarət 40-dan çox iştirakçı qatılıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Hindistan







Vaxtında, Aydın, Lazımlı!


