Qarabağda döyüşən 43 erməni polisi itkin düşüb

 Qarabağda döyüşən 43 erməni polisi itkin düşüb
  13 Noyabr 2020    Oxunub:2077
44 günlük müharibədə ağır itkilər verən Ermənistan tərəfi cəmiyyətin ciddi təzyiqlərindən sonra gizlədilən müharibə statistikasını açıqlamağa başlayıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müharibənin ilk günlərində 3 minə yaxın polis növbə ilə cəbhəyə göndərilib. Daha sonra əlavə 3200 polis Qarabağa yola salınıb.

Məlumata görə, xüsusilə Şuşaya gedən magistral yolda güclü döyüşlər baş verib və burada polis qoşunlarından xeyli yaralı və itkin düşən olub.

İlkin nəticələr göstərir ki, Azərbaycana qarşı döyüşlərdə 28 polis ölüb, 150-si yaralıb, 43 polis isə itkin düşüb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti