İrəvanda döyülən spiker yenidən əməliyyat olunacaq

İrəvanda döyülən spiker yenidən əməliyyat olunacaq
  13 Noyabr 2020    Oxunub:2105
Ermənistan parlamentinin sədri Ararat Mirzoyan bir neçə dəfə əməliyyat edilib, onun yenidən əməliyyat keçirəcəyi gözlənilir.
Azvision.az xəbər verir ki, bu barədə spikerin köməkçisi Vahan Kostanyan deyib.

Onun sözlərinə görə, Mirzoyanın üzündə, başında və qollarında xəsarətlər var, lakin həyatı üçün təhlükə yoxdur.

Xatırladaq ki, noyabrın 9-dan 10-na keçən gecə Qarabağa dair razılaşmadan sonra Ermənistandan bir qrup vətəndaş əvvəlcə hökumət binası, daha sonra parlamentin önünə toplaşaraq rəsmilərlə görüş tələb edib. Onlar parlamentin sədri Ararat Mirzoyanı avtomobildən sürüyərək ailəsinin gözü qarşısında döyüblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AraratMirzoyan   Parlament   Ermənistan  





Xəbər lenti