“Diktatura rejimi Ermənistanı fəlakətə aparır”- Akopyan

“Diktatura rejimi Ermənistanı fəlakətə aparır”-  Akopyan
  13 Noyabr 2020    Oxunub:2125
Ermənistanın tanınmış jurnalisti Tatul Akopyan Paşinyan hökumətini sərt tənqid edib.
Azvision.az xəbər verir ki, bu barədə jurnalist özünün “Facebook” səhifəsində yazıb.

Akopyan kapitulyasiyadan sonra hələ də heç kimin istefa verməməsini anormal hal kimi qiymətləndirib: “Hərbi məğlubiyyət milli faciəmizdir. Buna görə istefaya hazır olan bir hərbçi, məmur varmı? Bəs diplomatik uğursuzluğumuza görə istefa verməyə hazır olan diplomat gördünüzmü? Heç informasiya məğlubiyyətimizə görə istefaya hazırlaşan bir nəfər də görmədik”.

O, həmçinin qeyd edib ki, yaşadıqları faciəyə görə deputatlar belə istefa vermək niyyətində deyil. Jurnalistin fikrincə, baş nazir Nikol Paşinyan və komandası istefa verməyəcək: “Hakimiyyət müvəqqəti olur, amma başqa bir yol da var - Ermənistanı fəlakətə aparacaq diktatura...”

Göründüyü kimi, artıq erməni jurnalistlər də özünü "demokrat" kimi qələmə verən Paşinyanın ölkədə diktatura rejimi qurduğunu təsdiqləyirlər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  



Xəbər lenti