“Ümid edirəm, artıq “Qarabağ münaqişəsi” ifadəsini işlətməyəcəyik” - Putin

   “Ümid edirəm, artıq “Qarabağ münaqişəsi” ifadəsini işlətməyəcəyik” -    Putin
  13 Noyabr 2020    Oxunub:2131
“Ümid edirəm ki, bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” ifadəsindən istifadə etməyəcəyik”
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə imzalanmış üçtərəfli bəyanat vəziyyəti sabitləşdirməyə imkan verib.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, fövqəladə hallar naziri Yevgeniy Ziniçev və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovla birlikdə Dağlıq Qarabağda humanitar məsələlərlə bağlı iclas keçirib.

Azvision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti