Türkiyə və Rusiya arasında Qarabağ müzakirəsi

Türkiyə və Rusiya arasında Qarabağ müzakirəsi
  14 Noyabr 2020    Oxunub:2917
Bu gün Ankarada Rusiya və Türkiyənin hərbi nümayəndə heyətləri arasında Dağlıq Qarabağda atəşkəsdən sonrakı vəziyyətlə bağlı müzakirələr aparılıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, nümayəndə heyətləri arasında danışıqların bugünkü hissəsi yekunlaşıb. Qarabağ danışıqları sabah da davam etdiriləcək.

Hələlik görüşün detalları ictimaiyyətə açıqlanmayıb.

Azvision.az


Teqlər: Rusiya   Türkiyə   Qarabağ  



Xəbər lenti