Türkiyədə koronavirusdan daha 93 nəfər öldü

Türkiyədə koronavirusdan daha 93 nəfər öldü
  14 Noyabr 2020    Oxunub:1349
Türkiyədə son sutka ərzində 93 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, 3045 yeni yoluxma qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 11 326, virusa yoluxanlar isə 407 939 nəfərə çatıb.

Türkiyədə bu günədək 348 804 pasiyent (son sutkada 2010 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti