Rusiya bir gündə Qarabağa 20 təyyarə göndərdi
Bildirilib ki, daşınmalar İl-76 təyyarələri ilə Ulyanovsk-Vostoşnı aerodromundan Ermənistan istiqamətində həyata keçirilib. Təyyarələrdə 20 ədəd qoşqulu ağır nəqliyyat vasitəsi də olub.
Qarabağa gələn sülhməramlıları Rusiyaya məxsus Mi-8 və Mi-24 helikopterləri müşayiət etməyə başlayıb. Pilotlar “Erenbuni” aerodromuna gələn sülhməramlıları Qoris və Xankəndi şəhərlərinə qədər müşayiət edib
Xatırladaq ki, Qarabağa yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin ümumi sayı 1960 nəfər, həmçinin 90 zirehli, 380 avtomobil və digər texnikalardan ibarət olacaq.
Azvision.az
Teqlər: Rusiya Qarabağ Sülməramlı