Tramp Pensilvaniyada qalib gəldiyini elan etdi

Tramp Pensilvaniyada qalib gəldiyini elan etdi
  14 Noyabr 2020    Oxunub:1326
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Amerika konstitusiyasına uyğun olaraq, Pensilvaniya ştatındakı seçkilərdə qalib gəlib.
Azvision.az xəbər verir ki, bu barədə Tramp "Twitter”də yazıb.

"Filadelfiya və Pittsburqda 700.000 bülletenin sayılmasını izləmək imkanımız olmayıb, bu da konstitusiyamıza görə Pensilvaniyanı qazandığımız anlamına gəlir", - Tramp bildirib.

Bundan əvvəl, ABŞ-ın üçüncü dairə Apellyasiya Məhkəməsi Pensilvaniyaya gec gəlmiş 10.000 bülletenin etibarsız hesab edilməsi ilə bağlı iddianı rədd edib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 3 noyabrda keçirilib. Ötən şənbə günü demokrat Cozef Bayden seçkilərdə qalib gəldiyini elan edib. Artıq bir çox dövlət başçısı Baydeni qələbə münasibətilə təbrik edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp   Seçki  





Xəbər lenti