Dünyada koronavirusa yoluxma kəskin artır

Dünyada koronavirusa yoluxma kəskin artır
  14 Noyabr 2020    Oxunub:1709
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 53 milyon 746 min 944 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 309 min 408 nəfərdir. İndiyədək 37 milyon 523 min 973 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumilikdə isə son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti