Sadır Japarov prezidentliyə namizəd oldu

Sadır Japarov prezidentliyə namizəd oldu
  14 Noyabr 2020    Oxunub:1299
Qırğızıstan Prezidenti vəzifəsini icra edən Sadır Japarov 10 yanvar 2021-ci il tarixində keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Azvision.az xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Qırğızıstanda 4 oktybarda keçirilmiş parlament seçkilərinin nəticəsinə etiraz olaraq başlayan aksiyalardan sonra ölkə prezidenti Sooronbay Jeenbekov istefa verib.

İndiyədək seçkilərdə iştirak etmək istəyən 37 nəfər sənədlərini MSK-ya təqdim edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qırğızıstan   Seçki  





Xəbər lenti