Azərbaycanın tarixi qələbəsi Küveytdə qeyd olundu

Azərbaycanın tarixi qələbəsi Küveytdə qeyd olundu
  14 Noyabr 2020    Oxunub:2115
Azərbaycanın Küveytdəki “Vətənsevər” diaspor təşkilatının sədri Könül Hacızadənin təşəbbüsü ilə Əl-Küveyt şəhərində Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi münasibətilə avtoyürüş keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Azərbaycan, Türkiyə və Küveytin bayraqları ilə bəzədilmiş avtomobillər və motosikletlər Küveyt qüllələrinin yanından başlayaraq şəhərin mərkəzi küçələri boyunca hərəkət ediblər. Küveytdəki Azərbaycan icmasının iştirakı ilə təşkil edilən avtoyürüş Azərbaycanın bu ölkədəki səfirliyinin qarşısında başa çatıb.

Bu möhtəşəm yürüşə şahidlik edən yerli jurnalistlər Azərbaycan diasporunun qələbə sevincinə qoşularaq hadisəni işıqlandırıblar.

Azvision.az


Teqlər: Küveyt   Azərbaycan  



Xəbər lenti