Ermənistana 100 hərbçinin cəsədi verildi

 Ermənistana 100 hərbçinin cəsədi verildi
  14 Noyabr 2020    Oxunub:1858
Rusiyalı sülhməramlıların vasitəçiliyi ilə Azərbaycan tərəfi ermənilərə 100 meyit təhvil verib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, tərəflər arasında bu gün cəsəd mübadiləsi həyata keçirilib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib ki, əldə edilmiş razılaşmalara uyğun olaraq rus sülhməramlılarının köməyi ilə Şuşada ölən hərbçilərin cəsədlərinin mübadiləsi prosesi başlayıb. Mübadilə Şuşa yaxınlığında baş tutub, proses davam edəcək.

Ölən hərbçilərin cəsədlərinin mübadiləsi Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin 2020-ci il 10 noyabr tarixli bəyanatının 8-ci bəndinə uyğun olaraq həyata keçirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Şuşa   Ermənistan   Rusiya   Hərbçi  





Xəbər lenti