Ermənistanın rəsmi qurumları bir-birilərini təkzib edir

  14 Noyabr 2020    Oxunub : 945
 Ermənistanın rəsmi qurumları bir-birilərini təkzib edir
Ermənistanın səhiyyə nazirliyi Qarabağ döyüşlərində məhv edilmiş 2317 hərbçinin olduğunu açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə nazirliyin rəsmisi Alina Nikoqosyan bildirib.

Onun sözlərinə görə, indiyədək tibbi ekspertiza 2317 cəsədi müayinə edib, onların arasında kimliyi məlum olmayanlar da var. Nikoqosyan cəsəd mübadiləsinin yeni başladığını xatırladıb, bu isə o deməkdir ki, ermənilərin itkisi daha da artacaq.

Xatırladaq ki, bundan əvvəl Ermənistan müdafiə nazirliyi rəsmi olaraq 1383 hərbçisinin öldüyünü açıqlamışdı. Ölkənin Vatikandakı keçmiş səfiri Mikayel Minasyan isə Ermənistanın itkilərinin 4750 nəfər olduğunu bəyan edib.

Göründüyü kimi, Emrənistanın rəsmi qurumlarının itkilərlə bağlı məlumatları bir-birini təkzib edir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ