Dini liderlərin Qarabağ üzrə üçtərəfli dialoqu bərpa oluna bilər

 Dini liderlərin Qarabağ üzrə üçtərəfli dialoqu bərpa oluna bilər
  14 Noyabr 2020    Oxunub:1784
Patriarx Kirillin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın dini liderlərinin Qarabağla bağlı dialoqunu bərpa etməyin vaxtı çatıb.
Azvision.az xəbər verir ki, bunu rus Pravoslav kilsəsinin nümayəndəsi mitropolit İlarion deyib.

“Düşünürəm ki, indi bu formata qayıtmağın vaxtı çatıb, çünki ölkələr yaralarını sağaltmalıdırlar və bu, məhz dini liderlərin səsinin eşidilməli olduğu zamandır", - deyə mitropolit İlarion əlavə edib.

Onun sözlərinə görə, dini liderlərin səsinin sülh çağırışı olması çox vacibdir.

Mitropolit İlarion dini liderlərin Moskvanın və bütün Rusiyanın Patriarxının vasitəçiliyi ilə vəziyyəti sakitləşdirməyə və yalnız Dağlıq Qarabağda deyil, Ermənistan və Azərbaycanda da davamlı sülh yaratmağa kömək edəcəklərinə ümidvar olduğunu bildirib.

"Haqqında danışdığım üçtərəfli format münaqişənin kəskinləşməsindən sonra hələ tam bərpa olunmayıb, ümid edirəm ki, dini liderlər arasında danışıqlar tezliklə başlayacaq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti