Paşinyana qarşı sui-qəsdin qarşısı alındı

 Paşinyana qarşı sui-qəsdin qarşısı alındı
  15 Noyabr 2020    Oxunub:2390
Ermənistanda baş nazir Nikol Paşinyana qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Bildirilib ki, Paşinyanın həyatına qəsd etmək və hakimiyyəti ələ keçirmək istəyən bir qrup şəxs saxlanılıb.

Qeyd edək ki, bu gün MTX-nin keçmiş direktoru, müxalif “Vətən” partiyasının sədri Artur Vanetsyan Nikol Paşinyana sui-qəsd hazırlamaqda, eləcə də hakimiyyət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib.

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti