UEFA komandamızın oyun vaxtını dəyişdirdi

  15 Noyabr 2020    Oxunub : 1293
UEFA komandamızın oyun vaxtını dəyişdirdi
Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində “Araz” (Azərbaycan) və AEK (Yunanıstan) arasında keçiriləcək oyunun tarixi dəyişdirilib.
Azvision.az xəbər verir ki, matç əvvəlki tarixində - 29 noyabrda yox, 28 noyabrda baş tutacaq. Afinada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 16:30-da start götürəcək.

Qeyd edək ki, bu oyunun qalibi 1/16 final mərhələsinə yüksələcək.

Azvision.az

Teqlər: UEFA   Azərbaycan