Tramp seçkilərdə məğlubiyyətini qəbul etmir

Tramp seçkilərdə məğlubiyyətini qəbul etmir
  16 Noyabr 2020    Oxunub:1468
ABŞ Prezidenti Donald Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, Co Bayden yalnız “yalançı KİV-in” gözündə qalibdir.
Azvision.az xəbər verir ki, bu barədə Donald Tramp özünün "Twitter" səhifəsində yazıb:

“Co Bayden yalnız feyk-nyusun gözündə qalib gəlib. Mən heç nəyi qəbul etmirəm! Bizim hələ qarşıda böyük yolumuz var. Bu, seçkilərin saxtalaşdırılması idi”.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Aparıcı Amerika KİV-ləri əldə olunan məlumatlar əsasında demokratların namizədi Co Baydenin qələbəsini elan edib. Bununla belə, hazırkı Prezident Donald Tramp öz qələbəsini məhkəmədə müdafiə etmək niyyətindədir.

Azvision.az


Teqlər: Tramp   ABŞ  





Xəbər lenti