Türkiyədə koronavirusla bağlı son statistika

Türkiyədə koronavirusla bağlı son statistika
  16 Noyabr 2020    Oxunub:1495
Türkiyədə son sutka ərzində 89 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, bununla pandemiya qurbanlarının sayı 11 507-yə çatıb. Son 24 saatda 142 496 şübhəli koronavirus testindən keçib, onlardan 3223-nün cavabı pozitiv çıxıb.

Türkiyədə indiyədək 353 663 pasiyent (son sutkada 2561 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   virus  





Xəbər lenti