Moskvada daha 72 nəfər koronavirusdan öldü

Moskvada daha 72 nəfər koronavirusdan öldü
  16 Noyabr 2020    Oxunub:1194
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı yenidən artıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 72 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib. Ümumilikdə paytaxtda koronavirusdan ölənlərin sayı 7859 nəfərə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 510 214 nəfər koronavirusa yoluxub, 367 613 pasiyent sağalıb.

Azvision.az


Teqlər: Moskva   Koronavirus  





Xəbər lenti