Moldovanın yeni prezidenti məlum oldu

Moldovanın yeni prezidenti məlum oldu
  16 Noyabr 2020    Oxunub:1593
Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səsvermənin ilkin nəticələrini açıqlayıb.
Azvision.az xəbər verir ki, seçki bülletenlərinin 95 faizinin hesablamasına görə, prezidentliyə namizəd, Moldovanın keçmiş Baş Naziri Maya Sandu 52,08 faiz səslə qalib gəlib. Moldavanın hazırki Prezidenti İqor Dodon isə 47,92 faiz səs toplaya bilib.

Xatırladaq ki, ölkə üzrə seçici fəallığı 52,72 faiz olub. 1,6 milyondan artıq vətəndaş səsvermə hüququndan istifadə edib.

Azvision.az


Teqlər: Moldova  





Xəbər lenti