İrəvana daha 20 təyyarə sülhməramlı göndərildi

 İrəvana daha 20 təyyarə sülhməramlı göndərildi
  16 Noyabr 2020    Oxunub:1683
Rusiya sülhməramlılarının və zirehli texnikanın olduğu daha iki “An-124” və 18 “İl-76” tipli hərbi nəqliyyat təyyarəsi İrəvan hava limanına enib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, gün ərzində Rusiyanın hərbi təyyarələri ilə 58 texnika - zirehli personal daşıyıcısı, yük maşınları, tankerlər, ekskavatorlar Ermənistana gətirilib.

Daha əvvəl Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin 1960 nəfər hərbi qulluqçudan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət olacağı bildirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: sülhməramlı  





Xəbər lenti