“Azərbaycan Ordusu şücaət göstərdi” - İmran Xan

“Azərbaycan Ordusu şücaət göstərdi” -  İmran Xan
  16 Noyabr 2020    Oxunub:9391
Pakistanın Baş Naziri İmran Xan Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağın işğaldan azad edilməsi əməliyyatlarını alqışlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Pakistan lideri ölkə televiziyasına müsahibəsində deyib.

"Azərbaycan Ordusu nümunəvi şücaət göstərdi", - deyən Baş Nazir əlavə edib ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı heç bir mübahisə yoxdur.

"Bütün dünya Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir. Onlar (azərbaycanlılar) öz ərazilərinə qayıdırlar”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İmranXan  





Xəbər lenti