Danielyan da Paşinyanı dərhal istefaya çağırdı

Danielyan da Paşinyanı dərhal istefaya çağırdı
  16 Noyabr 2020    Oxunub:1882
Ermənistan hakimiyyətini dərhal istefa verməyə çağırıram.
Azvision.az xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin sabiq “baş naziri” Anuşavan Danielyan deyib.

"Ermənistan hökuməti üzvlərinin baş nazirin təslim bəyannaməsini imzalamaq niyyətindən xəbərdar olub-olmamasından asılı olmayaraq, bu 2,5 ildə baş verən hər şey üçün hökumət məsuliyyət daşıyır. Ancaq bu gün hökumət üzvləri istefa verməklə, ölkəmizə, dövlətçiliyimizə və xalqımıza dağıdıcı olacaq vətəndaş müharibəsinin qarşısını ala bilərlər. Hökümət üzvlərini baş nazirin avantürist açıqlamalarını bölüşmədən, daxili müharibənin qarşısını almaq üçün dərhal istefa verməyə çağırıram", - deyə Danielyan bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AnuşavanDanielyan  





Xəbər lenti