Britaniya vətəndaşından Azərbaycanla bağlı təqdirəlayiq addım

 Britaniya vətəndaşından Azərbaycanla bağlı təqdirəlayiq addım
  16 Noyabr 2020    Oxunub:10011
İngiltərədə yaşayan əslən azərbaycanlı Röyalə Amiralın həyat yoldaşı Tomas Amiral-Moody Ermənistanın Qarabağda törətdiyi hərbi cinayətləri Böyük Britaniya ictimaiyyətinə çatdırmaq məqsədilə kampaniya başladıb.
Azvision.az xəbər verir ki, kampaniyanı Tomas 40 gün ərzində hər gün 5 km, ümumilikdə 200 km yürüş həyata keçirməklə reallaşdırır.

Bu barədə diaspor üzrə araşdırmaçı Elnur Eltürk məlumat verib: “Kampaniya nəticəsində toplanan vəsait Azərbaycanlı şəhid ailələrinə, şəhid övladlarına xərclənəcək. Kampaniyanı iki gündür başladan Tomas artıq 10 km qaçaraq 500 funt vəsait toplayıb.

Xatırladım ki, Tomasın həyat yoldaşı Röyalə xanım Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələri Baş Komandanlığında NATO və Avropa şöbəsinin müdiri vəzifəsində çalışan həmyerlimiz "John" ləqəbli komandir Nəimi Amiralın bacısıdır. Kampaniyanı "Twitter"də @TomAmiralMoody vasitəsilə izləmək olar.



Tural Tağıyev
Azvision.az



Teqlər: Qarabağ   Britaniya  





Xəbər lenti