Paşinyan Qarabağdan qaçan generalı işdən çıxardı

 Paşinyan Qarabağdan qaçan generalı işdən çıxardı
  16 Noyabr 2020    Oxunub:2800
Ermənistanın baş naziri Hərbi-sənaye komitəsinin sədri, general-leytenant Artak Davtyanı vəzifəsindən azad edilib.
Azvision.az xəbər verir ki, baş nazir Nikol Paşinyan bununla bağlı sərəncam imzalayıb.

Davtyan 17 iyul tarixində hərbi-sənaye komitəsinin rəhbəri təyin edilib. Bundan əvvəl Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsində çalışıb. Lakin iyun ayının əvvəlində bu vəzifədən istefa verib. Gedişinin mümkün səbəbi kimi 7 iyun tarixində fövqəladə vəziyyət şəraitində oğluna toy etməsi göstərilib.

Qeyd edək ki, Davtyan döyüşlərin qızğın vaxtı Qarabağdan İrəvana qaçıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti