Rusiyada pandemiya ilə bağlı son vəziyyət

Rusiyada pandemiya ilə bağlı son vəziyyət
  16 Noyabr 2020    Oxunub:1475
Rusiyada bir gündə 22 778 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19 xəstələrinin ümumi sayı 1 948 603 nəfərə çatıb.

Son sutkada Rusiyada 13 864 nəfər sağalıb, 303 pasiyent həyatını itirib. Ümumilikdə, ölkədə indiyədək koronavirusdan 1 453 849 xəstə sağalıb, 33 489 nəfər ölüb. Hazırda 461 265 aktiv xəstə var.

Ən çox yoluxma halı (6360) Moskvada qeydə alınıb. COVID-19 xəstələrinin sayına görə Rusiya hazırda dünyada dördüncü yerdədir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti