Ermənistan ordusunda kütləvi həbslərə başlanıldı

Ermənistan ordusunda kütləvi həbslərə başlanıldı
  16 Noyabr 2020    Oxunub:2813
Ermənistanın müdafiə nazirliyi tərəfindən bir sıra hərbçilərə qarşı cinayət işi açılıb, saxlanılanlar var.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin İtkin düşmüş və əsir götürülmüş şəxslər komitəsinin sədri, polkovnik Vitali Voskanyan deyib.
O bildirib ki, Qarabağdakı döyüşlər zamanı hərbi qulluqçuların ölümünə səbəb olan zabitlər arasında da tutulanlar var.

"Hərbçilərin əsassız ölümünə səbəb olan hərəkətlərdə iştirak edən hər kəs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq. Artıq həbs olunanlar var".

Onun sözlərinə görə, Cəbrayıl istiqamətindəki hərbi hissə zabitlərinə qarşı cinayət işi başlanıb, bununla bağlı kifayət qədər dəlil toplanıb: "Topladığımız bütün materiallar İstintaq Komitəsinə göndəriləcək".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Hərbçi   Cinayət-işi  





Xəbər lenti