Boris Conson yenidən özünü təcrid etdi

Boris Conson yenidən özünü təcrid etdi
  16 Noyabr 2020    Oxunub:1377
Böyük Britaniyanın Baş Naziri Boris Conson koronavirusa yoluxan deputatla görüşdüyünə görə özünü təcrid edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Conson deputat Li Anderson ilə 35 dəqiqə birlikdə olub. Daha sonra deputatın koronavirusa yoluxduğu aşkarlanıb.

Baş Nazir bildirib ki, onda koronavirusun əlamətləri yoxdur, lakin qaydalara riayət edərək özünü təcrid edib.

Qeyd edək ki, Boris Conson martın 27-də koronavirusa yoluxmuşdu.

Azvision.az


Teqlər: BorisConson  





Xəbər lenti