Paşinyanı tənqid edən jurnalist bıçaqlandı

Paşinyanı tənqid edən jurnalist bıçaqlandı
  17 Noyabr 2020    Oxunub:1315
Ermənistanın “Adekvad” müxalif partiyasının üzvü, “Bloqnyuz” xəbər saytının rəhbəri Konstantin Ter-Nakalyan baş nazir Nikol Paşinyanla bağlı tənqidi mövqeyinə görə bıçaqlanıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, jurnalist küçədə iki nəfərin hücumuna məruz qalıb.

Mübahisə zamanı Paşinyanı müdafiə edən şəxslərdən biri K.Ter-Nakalyanı üz və ayaq nahiyəsindən yaralayıb. Jurnalist bildirib ki, ona edilən hücuma görə Nikol Paşinyan məsuliyyət daşıyır.

Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti