BƏƏ-dəki azərbaycanlılar tarixi Qələbəmizi qeyd edib

BƏƏ-dəki azərbaycanlılar tarixi Qələbəmizi qeyd edib
  17 Noyabr 2020    Oxunub:1966
Birləşmiş Ərəb Əmirliklərində yaşayan soydaşlarımız Azərbaycanın mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin işğaldan azad olunması və 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin tarixi Qələbəsi münasibətilə silsilə tədbirlər keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, Dubay şəhərində yaşayan soydaşlarımız Şuşanın erməni işğalından azad olunmasını yüksək coşqu ilə qeyd edib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və torpaqlarımızın azadlığı uğrunda rəşadətlə mübarizə aparan Ordumuza dərin minnətdarlıqlarını bildiriblər.

BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində də oxşar tədbir keçirilib. Nuranə Hüseynova və Şəbnəm Əmirovanın təşəbbüsü ilə Əbu-Dabi də yaşayan soydaşlarımız Azərbaycanın şanlı Qələbəsi münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycanın milli musiqiləri, xalq mahnıları səsləndirilib. “Sarı gəlin” xalq mahnısının sədaları altında 12 yaşlı Ceyla Hüseynovanın rəqsi maraqla qarşılanıb.

Soydaşlarımız Münəvvər İskəndərova, Ziba Kalbiyeva, Aysel Məmmədova və “Karabakh is Azerbaijan!” Milli Platformasının BƏƏ üzrə koordinatorlarından biri olan Sabrin Azimin təşəbbüsü ilə Dubay şəhərində daha bir tədbir təşkil edilib. Tədbirdə bu şəhərdə yaşayan və fəaliyyət göstərən məşhur türk müğənnisi Edin Arslantürkün maraqlı ifaları da səsləndirilib.

Soydaşlarımızın təşkilatlanması və Azərbaycan tarixinin, zəngin mədəni irsinin təbliği məqsədilə belə görüşlərin tez-tez keçirilməsi qərara alınıb.

Azvision.az


Teqlər: BƏƏ  





Xəbər lenti